Biz düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik .
Bildiyimiz kimi ölkəmiz uzun illər Ermənistanın işğalçılıq siyasətinin qurbanı olub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2003-cü ildən hakimiyyətə gələndə uzaqgörən bir siyasətçi kimi Ermənistanın heç vaxtı bu işğalçı siyasətindən əl çəkərək işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmayacağını çox yaxşı bilirdi. Odur ki, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğunu xüsusi diqqət mərkəzində saxlayırdı. Məs onun sayəsində Azərbaycan ordusu dünya orduları sırasında 50-ci yerdə qərarlaşmışdır.
30 illik işğaldan doymayan Ermənistan beynəlxalq tribunalarda ölkəmizi yeni ərazilər uğrunda müharibəyə başlayacaqları hədələri ilə ilə təhdid etməkdəm belə çəkinmirdi.
2020-ci il senytabr ayının 27-də düşmənin növbəti dəfə törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsi Ermənistanın bu işğalçılğına son qoydu. Ölkəmiz öz ərazi bütövlüyünü və beynəlxalq ədaləti bərpa etdi. Qəhrəman Azərbaycan əsgəri bu 44 günün hər günü şanlı tarix yazdı. Hər gün Azərbaycan Ordusu irəli gedərək yeni əraziləri işğaldan azad edirdi. Ordumuzun bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Vətənpərvər Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. İrəvanın öz ordusunun yenilməzliyi haqqında yaratdığı mifi Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı məhv etdi. Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Döyüş meydanında öz ordusunun hərbi texnikası və canlı qüvvəsinin məhv edildiyini görən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ermənistan bu müharibə dövründə bütün yollara əl atdı ki, Azərbaycanı tutduğu haqq yolundan döndərsin. Ölkəmiz ermənistanın işğalçılıq siyasətinə dəstək verən qüvvələrin bütün hədələrinə, təhdid və təyziqlərinə rəğmən tutduğu yoldan əl çəlmədi. Öz məqsədinə nail oldu və ərazi bütövlüyünü bərpa etdi. Bu günlərdə kapituyasiya aktının imzalanmasının 4 ili tamam oldu. Vətən müharibəsi bütövlükdə regionda Azərbaycanın sülh təminatçısı olduğunu bütün dünyaya nümayiş etdirdi.
İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyil. Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı.
Liza Cabbarova, YAP Bərdə rayon təşkilatı fəalı.