Cəmiyyət 

Elektromobillər üçün şarj stansiyalarının sayı artacaqmı?

Elektrikli avtomobillər üçün şarj stansiyaları daha modern bir gələcəyə yatırımdır. Bu avtomobillər ənənəvi enerji qaynaqlarından aslılığınızı azaldır, ətraf mühitin çirklənməsinin qarşısını alır.

Elektromobillərin sayının artması, təbii olaraq, onların hərəkətini problemsiz təmin edəcək şarj stansiyalarının sayının artırılmasını tələb edir.

Bakı şəhərində bu stansiyalar quraşdırılsa da Azərbaycanın digər bölgələrində bu cür mərkəzlərin sayı təəssüf ki, azdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, artıq bəzi rayonlarda şarj stansiyaları quraşdırlıb və proses hazırda davam edir:

Elektromobillər üçün şarj stansiyalarının sayı artacaqmı?“Ancaq qeyd etməliyik ki, sayı çox azdır. Artırılmasına ehtiyac var. Bundan başqa, benzindoldurma məntəqələrində şarj stansiyalarının yaradılmasının da təklifi verilib. Lakin hələ bu baradə hər hansı bir iş görülməyib. YDM-lərin uzərinə tələb kimi qoymaq lazımdır ki, bunu etsinler. Yoxsa belə etmək istəmirlər.
Şarj stansiyalarından ödənişsiz istifadəyə gəlincəsə, qeyd edim ki, qanunda belə bir güzəşt yoxdur”.

Daha çox xəbərlər