Qarabağdan gedən 6338 nəfər vətəndaşlıq üçün müraciət etdi
Ermənistan vətəndaşlığının alınması “Artsax” sakinlərinin Qarabağa qayıtmaq hüququnu ləğv etmir.
Musavat.com-un məlumatına görə, belə sərsəm iddia ilə Ermənistanın daxili işlər nazirinin müavini Armen Kazaryan çıxış edib.
Onun iddiasına görə, guya belə hüquqa istinadlar Mülki və Siyasi Hüquqlar haqqında Paktda və İnsan Hüquqları üzrə Avropa Konvensiyasında var.
Qazaryan bildirib ki, noyabrın 28-nə olan məlumata görə, Qarabağdan gedənlərdən (“məcburi köçkün” adlandırır-M.) Ermənistan vətəndaşlığı almaq üçün 6338 müraciət olub və artıq 4394 nəfər bu müraciəti qəbul edib.
Beləliklə, Ermənistanın destruktiv rəhbərliyi hələ də Qarabağdan öz xoşu ilə gedən ermənilərdən alət kimi istifadə etməyə çalışır.
Amma görünən budur ki, erməni sakinlər geri qayıtmaq niyyətində olmadıqları üçün vətəndaşlıq almağa çalışırlar.