Cəmiyyət 

Yadplanetlilərlə görüşən kişi onlarla necə əlaqə qurmasından DANIŞDIVİDEO

“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qəhrəmanı yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən Salman Cavadov olub. Yadplanetlilərin onu necə qaçırmasından danışan S.Cavadovun sözlərinə görə, bu barədə heç kimin xəbəri olmayıb:

“Onlar məni aparanda səssiz gəldilər. Əvvəlcə bir il nəzarətdə oldum. Məni uzunsaçlı bir qadın təqib edirdi. O, “sən bizə lazımsan”, – dedi. Gecə saat 1-də uçan boşqab gəldi, təxminən yerdən 200 metr yüksəklikdə dayanmışdı. Altından lyuk açıldı, tozsoran kimi məni özünə çəkdi. Sonradan uçan boşqabın içində özümə gəldim”.

O, yadplanetlilərlə telepatik körpü vasitəsilə əlaqə qurduğunu söyləyib.

“Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır. Getdiyim planetin adı isə “Vamfin”dir. Orada Yerdən aparılan insanlar üçün gözəl qəsəbə salıblar. Yadplanetlilər hər il özləri ilə təxminən 1000 nəfər aparırlar. Onlara Yer planeti, insanlar və əqidələri maraqlıdır. Gec-tez bütün insanlar onları qəbul edəcəklər. Yadplanetlilərin planı Yerdə məskunlaşmaqdır. Onların bizdən çox xoşu gəlir”, – deyə S.Cavadov qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Daha çox xəbərlər