Cəmiyyət 

Hazırlıq keçmədən MİQ imtahanında uğurlu nəticə ətmək mümkündürmü?

Hər il minlərlə pedaqoji ali təhsili olan şəxslər MİQ imtahanı üçün kurslara gedib hazırlıq keçirlər.

Bəs hazırlıq keçmədən MİQ imtahanında uğurlu nəticə əldə etmək mümkündürmü?

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, daha çox paytaxt və paytaxta yaxın ərazilərdə rəqabət güclü olduğundan yüksək bal toplamaq zərurətə çevrilir. Namizədlər düşünür ki, onlar daha çox hazırlıq keçməlidirlər. Hazırlıq əsasında 100 üzərindən 90 və ya üzəri nəticə ilə paytaxt və paytaxtdan kənar əraziləri seçə bilirlər:

“Belə hal mümkündür. Bəzi imtahan verən namizədlər hazırlığa getmirlər. Onların içində uğurlu nəticə göstərən namizədlər də var. Kimsə daha yüksək nəticə əldə etmək üçün hazırlığa ehtiyac duyur. Daha çox paytaxt və paytaxta yaxın ərazilərdə rəqabət güclü olduğundan yüksək bal toplamaq zərurətə çevrilir. Namizədlər düşünür ki, onlar daha çox hazırlıq keçməlidirlər. Hazırlıq əsasında 100 üzərindən 90 və ya üzəri nəticə ilə paytaxt və paytaxtdan kənar əraziləri seçə bilirlər. Respublikanın digər ərazilərində də bəzən yüksək bal nəzərə alınır. Amma daha aşağı göstəricilərlə vakant yerləri seçmə imkanı olur. Həmin namizədlər birbaşa universitet təhsili və ya özləri hazırlaşmaqla uğurlu nəticə əldə edə bilir”.

Daha çox xəbərlər