Cəmiyyət 

Azərbaycandan xaricə uçuşların sayı 17 % artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 43 ölkəyə 24 335 aviareys təşkil olunub.

“Report” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ölkə (22,8 %) və 3 573 aviareys (17,2 %) çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 7 067 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 10,2 % çoxdur.

11 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 5 405 reys olub ki, bu da illik müqayisədə 4,1 % çoxdur.

İlk üçlüyə 2 880 reyslə (+32,7 %) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra, TOP-10-luğa Gürcüstan 1 852 (+ 23,4 %), Qazaxıstan 788 (+ 5,6 %) , Səudiyyə Ərəbistanı 765 (- 9,5 %), Hindistan 603 ( + 3,3 dəfə), Qətər 534 (+ 54,7 %), Özbəkistan 393 (- 29,5 %) və Küveyt 377 (+ 8,3 %) daxil olub.

İndiyə qədər ilk 10-luqda olan İsrail (332 aviareys, + 10,2 %) 12-ci yerə düşüb, bu ölkənin yerinə siyahıya Hindistan daxil olub.

Təkcə noyabrda isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 6,7 % artaraq 2 067 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 547 reys təşkil olunub ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 7,4 % azdır.

Daha çox xəbərlər