Cəmiyyət 

“Bazarların bağlanmasını neqativ hal kimi dəyərləndirməyə ehtiyac yoxdur”-Asif İbrahimov

Yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarları ləğv olunacaq. Bunun əvəzində isə ixtisaslaşmış iri marketlər fəaliyyət göstərəcək. Belə ki, bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək.
Lakin bu məsələdə əhali arasında birmənalı qarşılanmır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, alqı-satqının həyata keçirildiyi bütün məkanlar bazar adlandırılır. Ənənəvi bazarlar isə nəinki Azərbaycanda, hətta, bütün şərq mədəniyyətində mövcuddur:

"Bazarların bağlanmasını neqativ hal kimi dəyərləndirməyə ehtiyac yoxdur"-Asif İbrahimov“İnsanlar bu bazarlara daxil olaraq alış-veriş etməklə birlikdə həm də ünsiyyət qururdular. Hər hansı bir məhsulun qiymətinin aşağı endirilməsi istiqamətində müəyyən danışıqlar aparırdılar.
Dövr dəyişdikcə, müasir texnologiyalar həyatımıza daxil olduqca, dünya iqtisadiyyatına inteqrasiya olunduqca, Azərbaycan tipli ölkələr də müasir tipli alış-veriş üsullarına üz tutur. Onlayın ticarətə meyil etməyə başlalyır. Əhali alış-verişlərini topdan mağazalardan, hipermarketlərdən əldə etməyə çalışırlar. Bu da təbii haldır. Bazar anlayışı dəyişməsə də alqı-satqı üsulları dəyişdikcə müəyyən yeniliklərə ehtiyac yaranır. Bunu da neqativ hal kimi dəyərləndirməyə ehtiyac yoxdur”.

Daha çox xəbərlər