Azər Qasımlı HƏBS EDİLDİ
Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib.
“Report”un məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə o, dörd ay müddətə həbs olunub.
Qeyd edək ki, Azər Qasımlı dekabrın 8-də saxlanılıb.
O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə-zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.