Cəmiyyət 

Bugün 10 Dekabr – İnsan Hüquqları Günüdür!

10 dekabr 2023-cü il tarixində BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da elan edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”-nin 75 illiyi tamam olur. Bu sənəd bizim hamımızın malik olduğu əsas hüquq və azadlıqların geniş dairəsini özündə əks etdirir. Dünyanın ən çox tərcümə edilmiş sənədi kimi o, milliyyətindən, yaşayış yerindən, cinsindən, milli və ya etnik mənşəyindən, dinindən, dilindən və ya hər hansı digər statusundan asılı olmayaraq, hər yerdə hər bir fərdin hüquqlarına təminat verir.
📝 Bəyannamə hər birimizin ayrı-seçkiliyə məruz qalmadan sülh və təhlükəsizlik şəraitində yaşamaq və inkişaf etmək hüququna sahib olduğu bütün dünya cəmiyyətlərinin insan hüquqları arxitekturasının əsas sütununu təşkil edir. İnsan hüquq və azadlıqlarının hər bir fərd üçün nə qədər vacib olduğunu başa düşərək, hamı üçün onlardan ədalət, bərabərlik, sülh və azadlıq yolunda kompasınız kimi istifadə etməyinizi arzu edirik!

Daha çox xəbərlər