Gündəm 

Liderlər ölməzlər – Hulusi Kılıç YAZIR…

Can Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümündə onu rəhmətlə yad edirəm.

Hər bir xalqın tarixində müstəqil dövlətini yaratmaq kimi əzəmətli vəzifəni üzərinə götürmüş Ümummilli Liderlər vardır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkdür.

Can Azərbaycanı müstəqil və müasir dövlətə çevirən isə Ümummilli Lider Heydər Əliyevdir. Liderlər dünyasını dəyişsələr belə, onların ideyaları əbədi yaşayır. Müasir Azərbaycan dövləti Ümummilli Liderin güclü ideyaları üzərində qurulub. Bu ideyalar Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən yeni ideyalar əlavə edilməklə uğurla həyata keçirilir.

nRSZeVeL426jpuekB8PXQq4G4t1A39x9.jpg (43 KB)

Türk dünyasının dahi övladlarından olan Ulu Öndər Heydər Əliyevin rəsmiləşdirdiyi və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın çağdaş dünyadakı rolunu, gücləndirdiyi dövlətçiliyi ortaya qoydu. Ümummilli Lider Sovet İttifaqı dövründə türk xalqlarının birliyinin möhkəmləndirilməsində mənəvi körpülərin qorunması, ortaq dəyərlərimizin birləşdirilməsi istiqamətində böyük səylər göstərmişdir.

Böyük qürur hissi ilə deyə bilərəm ki, Ulu Öndərin SSRİ-də bir türk müsəlmanı kimi yüksəlişi və dövrün idarəçiliyində ən mötəbər üç şəxsdən birinə çevrilməsi türk xalqını sevindirirdi.

Ulu Öndər Sovet İttifaqında yaşayan eyni etnik mənsubiyyətə, eyni kökə, eyni sivilizasiyaya malik türk xalqları ilə dostluq və əməkdaşlığa hər zaman diqqət yetirmişdir. Bu çərçivədə qonşu türk cümhuriyyətləri olan Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan arasında ədəbi-mədəni əlaqələri inkişaf etdirərək, bu ölkələrdə sivilizasiya günləri, yubileylər, konsertlər və digər tədbirlər təşkil edilmişdir.

Mixail Qorbaçov: “Heydər Əliyevin ruhunun dərinliklərində türklük və islam həmişə yaşayıb. Ona görə də nə qədər səmimi görünsə də, ona inanmıram”, – deyirdi.

Ulu Öndər Heydər Əliyev 1990-cı ildə Moskvanı tərk edərək Naxçıvanda məskunlaşdıqdan sonra Türkiyə ilə əlaqələrə xüsusi önəm verdi. Onun səyləri ilə 1992-ci ildə iki xalqı birləşdirən ümid körpüsü açıldı. Mərhum prezident Süleyman Dəmirəllə Ümummilli Lider Heydər Əliyev arasında gözəl dostluq var.

5-2.jpg (34 KB)

Ulu Öndərin 1993-cü ildə ölkə idarəçiliyini öz üzərinə götürdüyü ikinci hakimiyyəti dövrü təkcə Azərbaycan dövləti üçün deyil, həm də müstəqilliyini yenicə əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün bir fürsət oldu. Zəngin dövlət quruculuğu, idarəçilik təcrübəsi və potensialı olan Ümummilli Lider Heydər Əliyev də Türk dünyasının birliyi üçün bir lider kimi böyük işlər görüb.

Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Türkiyəyə ilk rəsmi səfəri zamanı Türkiyə Böyük Millət Məclisində tarixi çıxış edərək türk xalqının sevgi və hörmətini qazanmışdır.

1104873.jpg (112 KB)

Ulu Öndər iki ölkənin strateji tərəfdaşlığının tarixi formulu olan “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” devizini elan etdi. Bu söz həm Türkiyə, həm də Azərbaycan vətəndaşları üçün bir kimliyə çevrilib.

Ulu Öndər Heydər Əliyev 10 illik prezidentliyi dövründə Türkiyə ilə olduğu kimi digər türk cümhuriyyətləri ilə də açıq və səmimi əlaqələr saxlamışdır. Onun siyasi səyləri təkcə Azərbaycanın hüdudları daxilində qalmadı, fəaliyyəti bütün türk dünyasını əhatə etdi.

O, həmçinin 1994-2001-ci illər arasında keçirilən Türk Dövlət Başçıları zirvələri çərçivəsində 6 zirvə toplantısında iştirak edib. Bu zirvələrdə o, türk dünyasının inteqrasiyası, birliyi ilə bağlı mühüm təkliflər və bəyanatlar verib.

2001-ci ildə Heydər Əliyevin sonuncu dəfə iştirak etdiyi Türk Dövlət Başçıları Zirvə Toplantısında dediyi nitq XXI əsr Türk dünyasına bir vəsiyyətdir.

xar_siy_turk_zirve.jpg (53 KB)

“Türk dövlətləri dünyanın ən strateji nöqtəsində yerləşir. Türk dövlətləri zəngin təbii sərvətlərə və yüksək intellektual potensiala malik insan resurslarına malikdir. Əminəm ki, yeni əsr Türk dövlətləri üçün dinamik inkişaf, konstruktiv dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və firavanlıq əsri olacaq”, – Ulu Öndər deyib.

Böyük qürur hissi ilə deməliyəm ki, Ulu Öndərin Türk dünyası ilə bağlı siyasətini Ali Baş Komandan hörmətli Prezident İlham Əliyev vəzifəyə gəldiyi gündən bu günə kimi qətiyyətlə və uğurlu şəkildə həyata keçirir.

Cənab Prezident Ulu Öndərin Qarabağla bağlı vəsiyyətini yerinə yetirərək 30 il erməni işğalı altında olan torpaqları azad etdi. Bundan əlavə, 2009-cu ildə Naxçıvan sammitində başlayan Türk Dövlətləri Təşkilatının 2021-ci ildə İstanbulda yaradılması prosesində də üzərinə düşən bütün vəzifələri yerinə yetirib.

14859376832611034465_1200x630.jpg (129 KB)

Bundan əlavə, 1-ci Vitse Prezident hörmetli Mehriban xanım 2004-cü ildə Ulu Öndər Heydər Əliyevin xatirəsini yaşatmaq üçün Heydər Əliyev Fondunu yaratmaqla Ulu Öndərin arzu və ideallarını uğurla həyata keçirməkdə davam edir. Hörmetli Mehriban xanım Heydər Əliyev Fondu sayəsində həm ölkə daxilində, həm də xaricdə yüzlərlə layihə həyata keçirib. Bu layihələr sayəsində Azərbaycanın xaricdəki nüfuzunu artırıb.

Qardaş Türkiyənin keçmiş səfiri olaraq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edir, ruhuna dualar oxuyur, o böyük liderin siyasi varisi, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanıma möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.

Hulusi KILIÇ,

Türkiyənin Azərbaycandakı keçmiş səfiri

İMZA IB Türkiyə Nümayəndəsi

TADİV Qəyyumlar Şurasının üzvü

Daha çox xəbərlər