Son vaxtlar magistral yollarda elektrikli skuter sürücülərinə rast gəlirik. Bəs bu sürücülərdən yol hərəkəti qaydalarını üçün sürücülük vəsiqəsi tələb olunurmu?
Mövzu ilə bağlı BiG.AZ-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünya təcrübəsində skuter üçün vəsiqə tələb olunmur:
“Qanunda bununla bağlı elə bir tələb yoxdur ki, onlar sürücülük vəsiqəsi alsınlar. Sadəcə tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər, elementar bilik və bacarıqları bilsinlər”
