Cəmiyyət 

Cari ilin yanvar-oktyabr ayları ərzində doğulan və ölənlərin sayı açıqlanıb

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 86 274 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

“İki sahil” Statistika Komitəsinə istinadən xəbər verir ki, doğulan körpələrin 53 faizi oğlan uşaqları, 47 faizi isə qız uşaqları olub.

Bildirilib ki, Körpələrdən 2 800-ü əkiz, 108-i üçəm və 4-ü isə dördəm doğulub.

Həmçinin qeyd edilib ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində ölkədə 49036 ölüm halı qeydə alınıb və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9- dan 5,8-ə düşüb.

Daha çox xəbərlər