Dünya 

Avropa ölkəsində kərə yağı böhranı: Dövlət ehtiyatları bazara çıxarılır

Polşa hökuməti Strateji Ehtiyatlar Agentliyinin ehtiyatlarından bazara 1 min ton kərə yağı çıxarmaq qərarına gəlib.

ARANTV.AZ xəbər verir ki, hökumət bu addımı ölkədə kərə yağının sürətlə bahalaşmasının qarşısını almaq üçün atır.

Son həftələr Polşa mediası kərə yağının qiymətinin son bir ildə 30 faiz artdığını bildirib. Super Express qəzeti xəbər verir ki, 200 qramlıq paketin orta qiyməti təxminən 10 zloti (təxminən 2,5 dollar) təşkil edir. Qiymət artımı əhalinin hökumətin siyasətindən narazılığına səbəb olub – Super Express qəzetinin sifarişi ilə Pollster sosioloji mərkəzinin sorğusuna əsasən, respublika sakinlərinin 52 faizi bu məhsulun bahalaşmasına görə baş nazir Donald Tusku günahlandırır. Üstəlik, bu, 2025-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində hakim koalisiya ilə müxalifət arasında mübahisə predmetinə çevrilib – onların nümayəndələri qiymət artımının günahını bir-birinin üzərinə atırlar.

Daha çox xəbərlər