Süd məsullarında qiymət dəyişikliyinin səbəbləri?-AÇIQLAMA
Süd, qaymaq, qatıq, şor, nehrə yağı və digər ağartı məhsullarının qiymətində son vaxtlar dəyişiklik gözə çarpır.
12 ay ərzində ağartı məhsullarının qiyməti 21.4 faiz yüksəlib. Bahalaşma son aylarda daha da sürətlənib. Dünyada süd məhsullarının bahalaşması Azərbaycana da təsir göstərib. Çünki idxal məhsullarının qiyməti yerli bazarın qiymətinə də təsir edir. Həm yerli fermerlərin xərclərinin artması, həm də idxal qiymətlərinin bahalaşması süd məhsullarının qiymətini artırır.
“Çünki bizdə yerli istehsal çoxluq təşkil etmir. Bazarda olan süd məhsullarının əksəriyyəti xaricdən gətirilən xammaldan istehsal edilir.
Bundan başqa cəmiyyətdə minimum əməkhaqqı və təqaüdlərin artımı ilə bağlı fikir formalaşıb. Buna görə də, maaşlar artmadan qiyməti artıran işbazlar olur. Təəssüf ki, ərzaq qiymətlərinin artımı gələn ilin Novruz bayramına qədər davam edə bilər. Yay aylarına yaxın qiymətlərin artım tempi azalacaqdır. Önümüzdəki üç ayda qiymət artımlarının intensiv olacağını vurğulaya bilərik. Son 15 ildə olan artımları müşahidə etdiyimizdə bu cür hallarla qarşılaşırıq”.
“Lakin bu artımların nəzərə çarpacaq dərəcədə olacağını düşünmürəm. Konkret olaraq hər hansı bir məhsula xüsusi tələbat yaranarsa o zaman işbazlar bu haldan istifadə edib qiymət artıra bilər. İnflyasiyaya diqqət yetirsək ötən ilə nisbətən azaldığını müşahidə edə bilərik. Heç bir fors majör hadisə baş vermədiyi təqdirdə, qiymət artımının olacağı gözlənilmir”.

