Cəmiyyət 

Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir – RƏSMİ

Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir.

ARANTV.AZ  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

“Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır. Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək. Hadisədən zərər çəkmiş şagird və məktəb heyəti üzvlərinə şəfa diləyirik”, – məlumatda bildirilib.

Xatırladaq ki, məktəbdəki tüstülənmədən zəhərlənənlərin sayı 71-ə çatıb.

Daha çox xəbərlər