Hadisə 

Türkiyə vətəndaşı Azərbaycanda ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.

Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.

İlkin ehtimala əsasən, o, ürəktutmasından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmaya başlanılıb. (Report)

Daha çox xəbərlər