Gündəm 

Rumıniya XİN təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Rumıniya Xarici İşlər Nazirliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

APA xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

“Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı faciəvi xəbəri dərin kədər və təəssüflə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir”- deyə paylaşımda bildirilib.

Daha çox xəbərlər