Ulu Öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir
Özünəməxsus inkişaf modeli, sürətli sosial-iqtisadi tərəqqisi ilə seçilən Azərbaycan bu gün həm də idman və olimpiya hərəkatındakı nəzərəçarpacaq nailiyyətlərinə görə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə keçirilən mötəbər idman yarışları və bu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr dövlətimizin dünyada idman ölkəsi kimi tanınmasını artıq təsdiqləyib. İdmançılarımızın beynəlxalq səviyyəli yarışlarda, eləcə də olimpiya oyunlarında qazandıqları yüksək nəticələr ölkəmizin dünyada özünü güclü idman ölkəsi kimi təsdiqləməsinin əyani sübutudur.İdmançılarımızın mötəbər yarışlarda qazandığı qələbələr, eyni zamanda bədən tərbiyəsi və idmana dövlət tərəfindən göstərilən diqqət və qayğının da sübutudur.Son illər respublikamızda keçirlən idman yarışları Azərbaycanın yüksək kateqoriyanı özündə xarakterizə edən imicinin formalaşmasında mühüm rol oynamışdır. Geridə qalan 2024-cü il Azərbaycanın bütün sahələrdə inkişafı, xüsusilə iqtisadi sahədə əldə edilən nəticələr idman uğurlarımıza da müsbət təsirini göstərib.Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsində yüksək nəticələri olan idmançıların iştirakı ilə ənənəvi illik hesabat görüşü baş tutmuşdur.Dövlət başçısı İlham Əliyev bildirmişdir ki,2024-cü ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.Dövlətimizin başçısı İlham Əliyev çıxışında idmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu önə çəkərək qeyd etdi ki, idmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır.
Yola saldığımız 2024-ci il də idman uğurları baxımından əlamətdar mərhələ kimi dəyərləndirilə bilər. Xüsusilə də Azərbaycan idmançılarının Paris Olimpiya Oyunlarında qazandığı müsbət nəticələr ölkə idmanının yüksək inkişaf yolunda olduğunun göstəricisidir.Ölkəmiz üçün ilin ən böyük idman uğuru Yay Olimpiya Oyunlarından idmançılarımızın Vətənə qələbə ilə dönməsi olub. Bu nailiyyət, idmançılarımızın əzmi, qətiyyəti və peşəkarlığının nəticəsi kimi qiymətləndirilir. Onların göstərdiyi yüksək performans, yalnız individual uğurlar deyil, eyni zamanda ölkəmizin idman sahəsindəki inkişafını da simvolizə edir. Bu qələbələr, gənc nəsil üçün ilham mənbəyi olmaqla yanaşı, idman siyasətimizin uğurunu da bir daha vurğulayır. Vətənə qayıdarkən əldə olunan medallar, millətimizin birliyini və qürurunu artırır.
Qürurverici haldır ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə də bir çox infrastruktur layihələr ilə yanaşı, idman infrastrukturları da yaradılır.Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri böyük sürətlə həyata keçirilir. Artıq həmin ərazilərdə ilk beynəlxalq turnirlər təşkil olunub. Milli Paralimpiya Komitəsi də Qarabağda Paralimpiya hərəkatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Hazırda Ağdam şəhərində müasir, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub, Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir.
Dövlət başçısının idmana və idmançılara göstərdiyi yüksək qayğının nümunəsi kimi Prezident təqaüdünün, Milli Olimpiya Komitəsi tərəfindən respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüdün təsis edilməsi ,idmançı və məşqçilərə mənzillər verilməsi onların peşə əzmini daha da qüvvətləndirir. Hər ilin yekunlarına görə idmançılara mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir.
Gələn il ölkəmiz növbəti böyük idman yarışına ev sahibliyi edəcək. Belə ki, Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara veriləcək. Bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılıb. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir.
, Prezident İlham Əliyevin yürütdüyü uğurlu idman siyasəti ölkədə idmana olan marağın daha da artmasına və sağlam nəslin yetişməsinə güclü təkandır.Biz də dövlətimizin idman siyasətini tam gücümüzlə dəstəkləyir və əminik ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır!
Bərdə rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Türkan Şadlinskaya