Region Xəbərləri 

Azərbaycan – dünya azərbaycanlılarını birləşdirən qalib bir dövlət

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü hər il 31 dekabrda qeyd edilir. Bu gün, dünya azərbaycanlılarının birlik və həmrəylik ruhunu gücləndirmək üçün təsis edilmiş bir bayramdır. Bu tarixin təsis olunmasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük rolu olmuşdur. Heydər Əliyev sovet dövründə də, müsdəqillik dövründə də Azərbaycanlıların milli kimliyini və həmrəyliyini qorumaq üçün əhəmiyyətli addımlar atmışdır. Xüsusilə, onun təşəbbüsü ilə dünya azərbaycanlılarının birliyi, ideyası daha da gücləndirilmiş və beynəlxalq səviyyədə tanıdılmışdır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə 1991-ci ildə qeyd olunmağa başlamışdır. Məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində onun Naxçıvanda Ali Məclisə rəhbərlik etdiyi zaman, 1991-ci ilin 16 dekabrında imzaladığı fərmanla 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü təqvimimizdə öz yerini tutdu və tezliklə bu tarix milyonlarla soydaşımızı bir araya gətirdi. Ulu öndər Dünya Azərbaycanlılarının ilk qurultayının vətəndə keçirilməsini daha məqsədəuyğun hesab edirdi. Heydər Əliyev 2001-ci ilin 23 mayında dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi haqqında sərəncam imzaladı və həmin ilin noyabr ayında dünyanın 36 dövlətindən gəlmiş nümayəndələrin iştirakı ilə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı yüksək səviyyədə keçirildi.
Azərbaycan tarixinin, dilinin milli mədəniyyətinin bilicisi böyük Heydər Əliyevin qüdrəti və nüfuzu sayəsində xalqımız millibirliyə nail olmuşdur.
Ulu Öndərin sözləri ilə desək: “Milli mənəvi dəyərləri olmayan millət, həqiqi millət, həqiqi xalq ola bilməz.”
Heydər Əliyevin əsasını qoyduğu bu milli birlik siyasətini, 2003-cü ilin dekabrından sonra Prezident İlham Əliyev bütün dünyaya sübut etməkdədir.
Xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək,milli birliyimizi qorumaq və iqtisadi yüksəlişə nail olmaqla dövlətimizi möhkəmləndirmək əzmindədir. Bu birlik torpaqlarımızın yadelli işğalçılardan azad olunmasında çox böyük rol oynadı Düşmən tapdağı altında qalmış torpaqlarımız 30 ildən sonra mənfur düşmənlərdən azad olundu. Xalqımız “Dəmir Yumruq” ətrafında birləşərək,44 günlük müharibəmizdə qələbəsini qazandı Bu qələbə 2020-ci il sentyabr ayının 27-də başladı, noyabr ayının 8-də başa çatdı.30 ildən sonra ilk dəfə azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmağa başladı.
Bu qələbə Cənab İlham Əliyevin uğurlu siyasəti və xalqın birliyi və rəşadətli Azərbaycan ordusunun qəhramanlığı sayəsində tarixə qızıl həriflərlə yazıldı.

8 Noyabr “Zəfər Günü” kimi tarixə düşdü..
Bu qələbənin qazanılmasında xalqımızın igid oğulları canlarından keçdilər.
Ali Baş Komandan Cənab İlham Əliyevin bu qələbənin xalqa çatdırarkən söylədiyi
kimi:

“Xoşbəxt adamamki, ata vəsiyyətini yerinə yetirdim.”

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa,biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!
30 ildən sonra ilk dəfə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü bütöv Azərbaycanda qeyd edildi.
Azərbaycan işğal, məğlubiyyət tarixinin səhifəsini dəyişdi. Cənab İlham Əliyevin siyasi uzaqgörənliyi, sərkərdə kimi qətiyyəti nəticəsində yüz illik qeyri-bərabər savaşda ən böyük və qəti qələbəsini qazandı.

Rəziyə Fərzəliyeva – Bərdə rayon Qarağacı kənd tam orta məktəbin Azərbaycan Dili – Ədəbiyyat müəllimi

Daha çox xəbərlər