Gündəm 

BMT: Azərbaycanda inflyasiya 2025-ci ildə 3,6 %, 2026-cı ildə 3,1 %-ə qədər azalacaq

BMT Azərbaycanda orta illik inflyasiyanı 2025-ci il üçün 3,6 % səviyyəsində proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında öz əksini tapıb.

BMT-nin hesablamalarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2023-cü ildəki 8,8 %-dən 3,7 %-ə qədər azalıb.

Təşkilat ölkədə inflyasiyanın 2026-cı ildə 3,1 %-ə qədər azalacağını gözləyir.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2024-cü il üçün orta illik inflyasiyanı 2,7 %, 2025-ci il üçün 4,6 %, 2026-cı il üçün isə 4 % səviyyəsində proqnozlaşdırır.

Daha çox xəbərlər