Qızıl qədəhdə verilən qiymətli içki: Şokolad!
Şokoladın hekayəsi min illərə gedib çıxır. Mayyalılar və asteklər kakao çəyirdəyini qovurdular, əzdilər, su ilə qarışdırdılar, qarğıdalı və ədviyyatlar əlavə etdilər və bu qarışığı “Tanrıların yeməyi” adlandırdılar. 1876-cı ildə onun tərkibinə qatılaşdırılmış südü əlavə edən, ilk dəfə qızıl qədəhlərdə qiymətli içki kimi təqdim edilən şokoladı indiki formasına gətirən isveçrəlilər olmuşdur.

