Cəmiyyət 

11 yanvar dünyada Beynəlxalq Təşəkkür Günü kimi qeyd olunur.

11 yanvar tarixini ilin ən nəzakətli günü hesab etmək olar. Belə ki, bu gün Beynəlxalq “təşəkkür” günü kimi qeyd olunur.
💖 Psixoloqlar hesab edirlər ki, insanlar bir-birinə təşəkkür edən zaman qarşı tərəfdə məmnunluq hissi yaranır, əsəblər sakitləşir. Vacib olanı təşəkkürün ürəkdən edilməsidir.
Minnətdarlıq ifadə edən sözlər sehrli xüsusiyyətlərə malikdirlər. Onların köməyi ilə insanlar bir-birinə sevinc bəxş edən diqqətlərini ifadə edir və müsbət emosiyalarını çatdırırlar. Hansı ki bu sözlərsiz bizim həyatımız darıxdırıcı və sıxıcı olardı.
Hər zaman mənim paylaşımlarımı bəyənən və rəy bildirən hər kəsə öz təşəkkürümü bildirirəm… Gracias…

Daha çox xəbərlər