Cəmiyyət 

Qubadlı rayon İsa Məmmədov adına tam orta məktəbdə şəhid tədbiri keçirilib FOTO

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi,Qubadlı Rayon Sektoru,Qubadlı rayon İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbində Azərbaycan DİN-in Daxili Qoşunlarının XVTD-nin çavuşu, 2023 antiterror əməliyyatı şəhidi Zahir Əliyevin mövludu ilə bağlı məktəbin ,,4c” sinfi tərəfindən tədbir -layihə həyata keçirildi. Tədbir Azərbaycan Respublikasının himni ilə başladı. Şəhidlərimizin ruhu ayaqda sükutla yad olundu
Sonra məktəbin direktoru Allahverən Allahverdiyev şəhid Zahir Əliyev haqqında geniş məlumat verərək şəhidin iki qız övladının da məktəbimizdə təhsil aldığını vurğuladı .
Daha sonra məktəbin tarix müəllimi Ramin Heydərov çıxış edərək qalib ölkəmizin qalib vətəndaşları mövzusunda ətraflı məlumat verdi,şəhid Zahir Əliyevin qızı və yaxınları çıxış edərək məktəb rəhbərliyinə, şagirdlərə, xüsusilə Simnarə müəlliməyə yüksək səviyyəli hazırlanan tədbir üçün təşəkkür etdilər . ,,4c”sinif şagirdlərindən ibarət ,,döyüş yolları “mövzusunda nikbin notlarla kompazisiya həyata keçirildi .
Şagirdlər yüksək əhval-ruhiyyə ilə şəhidin mövludu tədbirində şeirlər səhnəciklər nümayiş etdilər .Məktəb rəhbərliyi və müəllimlər ,,4c”sinfinin və məktəbəhazırlıq qrupunun müəllimi Simnarə İsmayılovaya minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda xatirə şəkili çəkildi .
Qeyd edək ki, şəhid Zahir Əliyev 1987-ci il yanvarın 4 — də Lerik rayonu Soru kəndində anadan olub. 1994–2004-cü illərdə T. Cəfərov adına Soru kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi, 2 qız övladı vardı.
Zahir Əliyev 2005–2007-ci illərdə Daxili Işlər Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq xidmət edən hərbi qulluqçu idi. 12 illik hərbi peşə fəaliyyətində onlarla fəxri fərmanla təltif olunmuşdur.
Azərbaycan ordusunun Daxili Qoşunlarının Xüsusi Vasitələrin Tətbiqi Dəstəsinin çavuşu olan Zahir Əliyev 2023-cü il sentyabrın 19 — da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal antiterror əməliyyatına cəlb olunmuş, 20 sentyabr tarixində Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr tarixində Lerik rayonu Soru kəndində dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixində imzaladığı müvafiq sərəncamla çavuş Zahir Sədi oğlu Əliyev ölümündən sonra “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur
11.01.2025

Daha çox xəbərlər