Region Xəbərləri 

YAP Bərdə rayon seçki qərargahında Bələdiyyə seçkiləri ilə əlaqədar partiyanın yerli müşahidəçiləri ilə treninq keçirilib.

Azərbaycan Respublikasında 2025-ci ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar YAP Bərdə rayon seçki qərargahında Bələdiyyə seçkiləri ilə əlaqədar partiyanın yerli muşahidəçiləri ilə treninq keçirilib.
Treninqdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Treninqdə YAP Bərdə rayon təşkilatının qərargah üzvü Nurayə Məmmədova çıxış edərək bələdiyyə seçkilərinə hazırlıq barədə məlumat verib, hər zamankı kimi Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə yüksək fəallıqla hazırlaşdığını vurğulayıb. Treninqdə qərargah üzvü Lətifə Yusibova və səlahiyyətli nümayəndə Aysel Verdiyevanın iştirakı ilə müşahidəçilərə Azərbaycan Respublikasının Seçki Məcəlləsində olan Əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları və riayət etməli olduqları şərtlər barədə məlumat verilib. Daha sonra müşahidəçilərə vəsiqələr, yaddaş kitabçaları, bukletlər təqdim olunub.
Treninq diskussiya şəraitində keçirilib, müşahidəçilərin sualları cavablandırılıb.

Daha çox xəbərlər