ADY-nin COP29 uğuru: 10 min sərnişin daşıdı, iqlim öhdəliyi sənədini imzalandı
2024-cü ildə ADY Bakıda keçirilən nüfuzlu COP29 dövründə ümumilikdə 10 minə yaxın akkreditasiyalı sərnişin daşıyıb.
Bu barədə Musavat.com-a Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirilib ki, ADY dayanıqlı nəqliyyat və iqlim siyasətindəki mühüm rolunu bir daha nümayiş etdirib, tədbirlərə fəal şəkildə qoşulub, müxtəlif müzakirə və dəyirmi masalarda iştirak edib.
Bundan başqa, qurum Beynəlxalq Dəmir Yolları İttifaqı ilə “Dəmir yollarının iqlim öhdəliyi” sənədini imzalayıb.