Cəmiyyət 

“Qida sahəsində fəaliyyət göstərən müəssisələr daha çox nəzarət altındadır”-RUSLAN MUSTAFAYEV

Qida sektoru ölkəmizdə aparıcı sektorlardan birini təşkil edir. Onun ölkə əhalisinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsində rolu çox böyükdür. Qida təhlükəsizliyinin təmin olunması isə qida sektorunu təmsil edən müəssisələrdə beynəlxalq standartlara cavab verməlidir. Son günlərdə təəssüflər olsun ki, qida sahəsində fəaliyyət göstərən müəssisələrin işində saxtakarlıq və keyfiyyətsiz məhsulların istehsal edildiyi araşdırmalar nəticəsində müəyyənləşir.

Bəs qida müəssisələri saxtakarlığa yol verərək məhsul istehsal edirsə, onları qanunla hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı BiG.AZ-a danışaq vəkil Ruslan Mustafayev bildirib ki, bu gün ölkəmizdə qida və qeyri-qida məhsullarının istehsalı ilə bağlı fəaliyyət göstərən kifayət qədər çox sayda müəssisə var. Bu müəssisələrin yaradılması və fəaliyyət göstərməsi qanunvericilik çərçivəsində aparılır. Buna görə də hər bir müəssisə qanunvericiliyin qaydalarına uyğun şəkildə fəaliyyət göstərməlidir:

"Qida sahəsində fəaliyyət göstərən müəssisələr daha çox nəzarət altındadır"-RUSLAN MUSTAFAYEV“Qida sahəsində fəaliyyət göstərən müəssisələr daha çox nəzarət altındadır. Son günlərdə təəssüflər olsun ki, qida sahəsində fəaliyyət göstərən müəssisələrin işində saxtakarlıq etdikləri, keyfiyyətsiz məhsulların istehsalına üstünlük verdikləri aşkar edilib.
Bu cür şəraitdə qanunvericiliyin qaydaları kobud şəkildə pozulmuş hesab edilir. Nəticələrə əsasən, həmin müəssisələr məsuliyyətə cəlb olunmalıdır. Təəssüflər olsun ki, bəzi hallarda keyfiyyətsiz məhsulların istehsalı və satışının nəticələri çox ağır olur. Zəhərlənmə və ölüm halları ilə nəticələnən hadisələrlə rastlaşırıq.
Bu sahədə istehlakçıların hüquqlarının qorunmasına dair kifayət qədər güclü qanunvericiliyimiz var. İnzibati Xətalar Məcəlləsinin tələbləri mövcuddur. Həmçinin Cinayət Məcəlləsinin də tələbləri mövcuddur.
Araşdırmalar nəticəsində pozuntuya yol vermiş müəssisələr qanunauyğunsuz əməllərinə uyğun olaraq məsuliyyətə cəlb edilirlər. Daha çox İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə oluna bilirlər. Həmçinin Cinayət Məcəlləsinin tələblərinə görə də tədbirlərin görülməsi mütləqdir”.

Daha çox xəbərlər