Gündəm 

Vurulan təyyarəmizlə bağlı SON açıqlamalar: “Qara qutular”da başqa məlumatlar var… – CANLI

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri gələn həftə açıqlanacaq. Bu sözləri Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.

“Aktau yaxınlığında qəzaya uğrayan AZAL reysinin qara qutuları Braziliyada tam deşifrə edilib və Qazaxıstana qaytarılıb”, – Bozumbayev bildirib.

Qazaxıstan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutular”ının materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib. Musavat.com xatırladır ki, xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev bildirib. Baş nazirin müavini Qazaxıstan üçün “burada gizlədəcək bir məsələnin olmadığını” qeyd edib.

Onun sözlərinə görə, daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir. Baş nazirin müavini əlavə edib ki, onların arasında böyük fərq var. “Qara qutuların məzmunu ilə böyük fərq var. Yalnız rəsmi qurumların məlumatlarını gözləyin”, – Kanat Bozumbayev vurğulayıb.

AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib. “Caliber” öz mənbələrinə istinadən yazıb. Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib. “Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini də təsdiq edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Rusiya işi ört-basdır etməyə çalışsa və istintaqın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi qurumlara müraciət edəcək”, – məlumatda bildirilir.

Vurğulanıb ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib. Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.

TVMusavat-ın bu gün saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov cavablandırır.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Daha çox xəbərlər