Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə – FOTOLAR
Türkiyənin Qars şəhərində təşkil olunan “Qış təlimi- 2025” hərbi təlimlərində bir sıra tapşırıqlar icra olunub.
ARANTV.AZ xəbər verir ki, təlim çərçivəsində artilleriya atəşi, axtarış-xilasetmə əməliyyatları, eləcə də döyüş bacarıqları və bölmələrin koordinasiyasının sınaqları keçirilib.
Təlimdə Azərbaycan da daxil olmaqla 199 fərqli ölkədən 12 199 hərbi qulluqçu iştirak edir.
Qeyd edək ki, təlimlər yanvarın 16-da başlayıb.
Musavat.com