Siyasət 

Biz onların qarşısını alacağıq! – Deputat xəbərdarlıq etdi

“Avropa İttifaqına üzvlüklə bağlı Ermənistanda baş verənlər pəstahadan başqa bir şey deyil. Çünki referendum keçirməyə hazıqlaşanlar da, Avropa İttifaqındakılar da, Ermənistanın bu addımından guya qıcıqlananlar burada məqsədin üzvlük olmadığını gözəl dərk edirlər”.

Bunu Musavat.com-a açıqlamasında deputat Sahib Alıyev deyib.

SAHİB ALIYEV.jpg (64 KB)

“Aİ missiyasının daha iki il müddətində Ermənistanda saxlanması ilə paralel olaraq İrəvanın bu quruma üzvlüyə can atması bölgədə gərginliyi tətikləyə bilər, bu barədə təkcə Azərbaycanın deyil, digər region ölkələrinin də narahatlığı var”, – deputat bildirib.

Sahib Alıyev Ermənistanın Avropa yolçuluğunda var-gəl etməsini orijinal şəkildə təhlil edib:

“Birincisi, başda “böyük bacıları” Fransa olmaqla, Avropa İttifaqında heç kim onların yolunu gözləmir. İkincisi, Ermənistan özü heç bir baxımdan buna hazır deyil. Hətta tutaq ki, hazırdır və Avropa İttifaqında hamı hayların yolunu həsrətlə gözləyir. Yaxşı, bəs Ermənistan ora necə üzv olacaq? Axı, həmin qurumla ortaq sərhədi yoxdur. Bəlkə Fransa Kanakiyanı özünün “dənizaşırı torpağı” elan etdiyi kimi, “ilk xristian dövləti” Ermənistan da Avropa İttifaqının ilk quruaşırı üzvü olacaq? Bilirsiniz, bütün bu pəstaha ona görə çıxarılır ki, Qərbdəki bəlli çevrələrin Ermənistana hərtərəfli dəstəkləmələrinə haqq qazandırılsın. Amma bu dəstək də, Avropa İttifaqının oradakı “mülki” missiyası da Qərbdəkilərin haylara canları yandıqları üçün deyil. Onlar bu regionda maraqlarını təmin etmək üçün Ermənistandan plasdarm olaraq faydalanmağı qarşılarına məqsəd qoyublar”.

S.Alıyev qeyd edib ki, bizim istəmədiyimiz məhz budur.

“Biz Afrikadan qovulanların indi də gəlib bu regionu qarışdırmalarını, burada bölücü xətlər çəkmələrini istəmirik və qarşısını alacağıq”, – deputat xəbərdarlıq edib.

Daha çox xəbərlər