Azərbaycanda 15 yaşlı şagird dərs zamanı qəfil öldü
Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb.
Hadisə şəhərdə İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə baş verib.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də adıçəkilən məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası 2010-cu il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.