Gündəm 

Təyyarələrin Bakıya qəza enişi etmələrinin sirri budur – MARAQLI HESABLAMA

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84

Xəbər verildiyi kimi, 3 fevral tarixdə Honq Konq-London reysində uçan “A-350” markalı sərnişin təyyarəsi (sərnişinlrdən birinin xəstələnməsi səbəbindən) Bakıya məcburi eniş etdi. İlk baxışdan təsadüfü görünən bu hadisəni araşdırdıqda ciddi bir qanunauyğunluğa tabe olduğu üzə çıxır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:

1) 29.10.2023 tarixli Ay tutulmasının 464-cü günüdür ki, bundan da Quran rəmzini (114) çıxsaq, alınan ədəd təyyarənin üzərindəki markanı göstərir və hadisənin Allahın elminə (kitabına) bağlı olduğunu sübut edir:

464 – 114 = 350

TEYYAR.jpeg (351 KB)

2) Keçən ilin aprelin 24-də (ilin 114-cü günü) Osaka-Paris reysində uçan “Boeing-777” Bakıya qəza enişi etmişdi. Maraqlıdır ki, bu hadisənin 286-cı (!) günü sözü gedən “A-350” markalı təyyarə Bakıya məcburi eniş etdi. Kəbədəki orjinal Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın rəqəmsal imzası olaraq bütün qəzaların üzərində göründüyü kimi, bu qəzanın da üzərində görünür.

3) Xatırladaq ki, keçən il yanvarın 1-də Yaponiyada “A-350” markalı təyyarə digər təyyarə ilə toqquşdu. Dünən eyni markalı (“A-350”) təyyarə Bakıya məcburi eniş edəndə həmin hadisənin 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını çıxsaq, səhifələrinin sayı qalır və hadisələrin Allahın iradəsinə tabe olduğunu bir daha təsdiq edir:

400 – 114 = 286

4) 2023-cü ilin 12 iyulunda Qazaxstana məxsus “A-320” markalı sərnişin təyyarəsi Bakıya qəza enişi etdi. Dünən isə, “A-350” təyyarəsi ilə bağlı analoji hal yaşandı. Maraqlıdır ki, bu qəzalar arasında 572 gün fərq vardır və bundan Quranın səhifələrini çıxsaq, yenə də qəza üzərində Yaradanın rəqəmsal imzasını görərik:

572 – 286 = 286

5) Sual yaranır: bu təyarələrin başqa ölkələrə deyil, məhz Bakıya qəza enişi etmələri necə, təsadüfdürmü? Hesablamalarımız göstərir ki, bu da təsadüfü deyil. Belə ki, sözü gedən “A-350” markalı təyyarə qəza enişi edəndə astronomik xəbərdarlıq olan qanlı Ay tutulmasının (16.05.22) 994-cü günü idi ki, bu da ölkəmizin beynəlxalq rabitə kodudur (!)

Niyə məhz Bakı?

Əvvəlki yazılarımızda Azərbaycanın (Bakının) Allah Dərgahında Dünyanın Mənəviyyat Mərkəzi sayılması barədə hesablamalar təqdim etmişdik. Bildiyimiz kimi, təyyarələrin hərəkəti və qəzaları bütün Dünyanın diqqət mərkəzindədir (təyyarə qəzaları ilə bağlı bütün məlumatlar dünyada yayılır). O cümlədən təyyarə qəzaları və məcburi enişlərlə bağlı son 25 ildə yazdıımız məqalələr də internet vasitəsi ilə dünyaya yayılır və demək olar ki, bütün ölkələrin analitik informasiya mərkəzləri bu qəbildən olan yazılarımızı götürüb təhlil edirlər… Məcburi enişlər Bakıya deyil, digər ölkələrə olsaydı, bizim ondan xəbərimiz olmayacaqdı və bu cür hesablamaları da aparmayacaqdıq. Nəticədə dünya ictimayətinin bu sirlərdən (hesablamalardan) xəbəri olmayacaqdı… Göründüyü kimi, həm təyyarə qəzaları, həm də məcburi enişlr hamısı bəşəriyyətə Allahın xəbərdarlığıdır. Bu xəbərdarlıqlar isə, Bakıdan yayımlanır. Deməli Bakı Dünyanın Mənəviyyat Mərkəzi olduğu kimi, həm də hadisəlrin mərkəzidir. Bu səbəbdən də təyyarələrin məcburi enişləri məhz Bakıda baş tutur…

“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” Quran, 43:5

YAQUB.png (141 KB)

Dr. Paşa Yaqub – elmi-lədun bilicisi

Daha çox xəbərlər