SON DƏQİQƏ! Xəzərdə zəlzələ oldu
Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ olub.
Bu barədə Musavat.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
“Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınıb”, – məlumatda qeyd olunub.
Vurğulanıb ki, yeraltı təkanların ocağı 39 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 03:17-də qeydə alınıb.