Gündəm 

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var.

2024-ci ildə Azərbaycanın bir sıra dövlətlərlə münasibətləri artan dinamika ilə inkişaf etdi və əlaqələr daha da gücləndi. Belə dövlətlərdən biri də Çin Xalq Respublikasıdır. Azərbaycan Çin ilə münasibətlərə hər zaman xüsusi önəm verib, burada həm qədim tarixə malik bağlar, həm müstəqillik dövründən bu yana dostluğa, tərəfdaşlığa əsaslanan münasibətlər mühüm rol oynayır. Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyub. Bu il Çin Azərbaycan münasibətləri üçün xüsusilə önəmli oldu. Belə ki, cari ilin 3 iyul tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olundu. Sənəddə iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən əməkdaşlığın müxtəlif sahələrdə səmərəli nəticələr verdiyi qeyd olunub. Bundan başqa tərəflər beynəlxalq və regional
vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər. Vurğulanıb ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət,
bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Azərbaycan və Çin xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyən edirlər. Ən mühüm məqamlardan biri iki dövlətin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda
və dinc birgəyaşayışa sadiq olduqlarını təsdiqləmələridir. Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, hökumətin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir. Çin tərəfi isə Azərbaycanın sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın
saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir. Çin son illərdə regionda, istər Yaxın Şərqdə, istər Cənubi Qafqazda istər Mərkəzi Asiyada fəal siyasət həyata keçirir. Bu siyasətin konturları iqtisadi və nəqliyyat sahələrindən də görünür. Nəqliyyat sahəsində Azərbaycanla Çini birləşdirən Orta Dəhliz və Çinin “Bir kəmər, bir yol layihəsi var”. Əsas hədəflərdən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində iki nəqliyyat xəttini
birləşdirib aktivliyi artırmaqdır. Son günlərdə regionumuzda cərəyan edən geosiyasi hadisələr, eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində OrtaDəhlizin aktivliyinin artırılması istiqamətində alınan qərarlar bura diqqətləri daha da artırdı. İndiki əsas hədəflərdən biri Çinlə Azərbaycanın bu ortaq layihələrini artırmaqdır. Mərkəzi Asiya ölkələrinin də bu çərçivədə müəyyən layihələri var ki, Çinlə Avropa arasında yükdaşımalarında aktiv rol oynasınlar.
Bütün bu xətlər isə gəlib Azərbaycanın üzərindən keçir. Əlbəttə ki, regiondakı Güc balansı baxımından və çoxvektorlu xarici siyasətimizi nəzərə aldıqda, Çini diqqətdən kənarda saxlamaq mümkün deyil. Bu çərçivədə 2025-ci ildə və sonrakı illərdə də Azərbaycanla Çin arasında münasibətlərin inkişaf edəcəyini düşünürük.
Bütövlükdə, Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırıb. Bütün bunlar göstərir ki, ölkələrimiz arasında siyasi
əlaqələrin səviyyəsi çox yüksəkdir. Eləcə də, iqtisadi-ticarət münasibətləri də qənaətbəxşdir. Bundan başqa, Çin COP29-un ölkəmizdə keçirilməsini də yüksək səviyyədə dəstəkləyən dövlətlər sırasında olub. Çin Xalq Respublikasının da böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin iqlim dəyişiklikləri ilə qlobal mübarizədə mövqeyinin göstəricisi olmaqla yanaşı, Azərbaycana olan isti münasibətinin ifadəsidir. Bu münasibətlər beynəlxalq
platformalar çərçivəsində də uğurludur. Hər iki ölkə beynəlxalq müstəvidə bir- birinin ərazi bütövlüyünü dəstəkləyib və bu gün də dəstəkləyir. Ümid edirik ki, Azərbaycan dövləti ilə Çin dövləti arasında əməkdaşlıq bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir. Azərbaycan və Çin dostluğu illər ötsə də davam edəcək və daha da genişlənəcək.

Xanım Bəhrəmova.- Bərdə şəhəri E.Kərimov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Daha çox xəbərlər