Ölkə ərazisinə külli miqdarda narkotik vasitə keçirməyə cəhd edən şəxslər saxlanılıb
Fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Ümumi çəkisi 8 kiloqram olan narkotik vasitəni – marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikasının vətəndaşı, 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.