Hava 

Bakıya qar yağır – FAKTİKİ HAVA

Fevralın 28-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

ARANTV.AZ xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda qar yağır.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 19 m/s, Zəngilanda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şirvanda 15 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Daha çox xəbərlər