Cəmiyyət 

Saytımızın bu dəfəki müsahibi Bakı şəhər 78 nömrəli tam orta məktəbin biologiya müəllimi Elşad Əliyevdir.

Xatırladaq ki, müsahibimiz Əliyev Elşad Xanbala oğlu Gəncə Dövlət Universitetinin biologiya-kimya fakultəsinin biologiya ixtisasını bitirmişdir.

 

2007-ci ildə Cəlilabad rayon Bayxanlı kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, daha sonra təşkilatçı direktor müavini. vəzifəsində çalışmışdır.

 

Təhsil Nazirliyinin 2014-cü ildə müəllimlərin yerdəyişməsi üzrə keçirilən imtahanda topladığı yüksək bal əsasında Bakı şəhər 78 saylı tam orta məktəbdə biologiya müəllimi kimi təyin olunmuşdur. Elm və Təhsil Nazirliyinin keçirdiyi Müəllimlərin Diaqnostik qiymətləndirilməsində 56 bal toplamışdır. Qeyd edim ki, Elşad Əliyev 2015-ci ildən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir. Test tapşırıqlarının hazırlanması və eksperti kimi fəaliyyət göstərir. Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə müsahibə komissiyasında komissiya üzvü kimi iştirak etmişdir. 2024-cü ildə Elm və Təhsil Nazirliyinin təklif etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ndə “İnteraktiv biologiya” layihəsi ilə qalib olmuşdur. “Biologiya qiymətləndirmə vasitəsi vəsaitinin müəllifidir Elşad müəllimla maraqlı müsahibəmizi sizlərə təqdim edirik.

 

-Müasir dövrdə Biologiyanın tədrisində interaktiv yanaşmalar dedikdə nələrə diqqət çəkməliyik?

 

Biologiya fənninin tədrisində interaktiv metod kimi IKT vasitələrindən istifadə öyrənmə prosesinə müsbət təsir edir. Bu istiqamətdə müxtəlif rəqəmsal platformalardan istifadə tədrisdə əlçatanlığın təmin olunmasında müsbət rol oynayır. Tədris prosesində fənndaxili və fənnlərarası inteqrasiyalar mütləqdir. Biologiya dərslərinin daha maraqlı olması üçün bir sıra yanaşmaların edilməsi diqqətdə olmalıdır. Məsələn, biologiyanın müasir sahəsi olan biotexnologiya elminə diqqəti və marağı çəkmək üçün uyğun mövzular üzrə əlaqələndirmələr aparılmalı, mövzular üzrə cədvəl, şəkil və. qrafiklərlə izaha üstünlük verilməlidir. Tədris prosesində terminlərin və təriflərin sadə va anlaşılan formada təqdim edilməsi öyrənmə prosesində mühüm əhmiyyət kəsb edir.

 

Dərsin motivasiya mərhələsinə xüsusi diqqətin ayrılması, film, şəkil və canlı nümunələrlə bu mərhələdə nümayişə üstünlük verilməsi biologiya dərslərində dərsə marağım yaranmasında ilkin mərhələ hesab olunur.

 

Qeyd edək ki, 2024-cü ildə Elm və Təhsil Nazirliyinin təklif etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ndə uğur qazanmısınız. Bu layihə haqqında məlumat verəsiniz. -2024-cü ildə Elm və Təhsil Nazirliyinin təklif etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsi”ndə uğur qazanmış “Interaktiv biologiya” layihəsi biologiya dərslərinin interaktiv formada PhET

 

platformasında tədrisinə əsaslanır. Hal-hazırda “İnteraktiv biologiya” layihəsi uğurla icra olunur.

 

Layihə şagirdlərin interaktiv dərslər vasitəsilə biologiya fənni üzrə ümumi biliklərinin inkişaf etməsini və fənni daha dərindən dərk etməsini gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində PhET platformasından biologiya fənni üzrə 8-ci sinif təhsil proqramına uyğun olan mövzularım azərbaycan dilinə tərcümə olunması, müvafiq kurikulumların hazırlanması və sinfin şagirdlərinə interaktiv formada biologiya dəstlərinin tədrisi həyata keçirilir. -Şagirdlərin biliyinin qiymətləndirilməsi necə təşkil olunmalıdır?

 

-Biologiya fənnindən bölmələr üzrə şagirdlərin biliyinin qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qiymətləndirmə tapşırıqları tərtib edilərkən şəkil, cədvəl, qrafik və situasiya tipli tapşırıqlara üstünlük verilməsi şagirdlərin təkcə faktoloji deyil, həm də mövzuya uyğun şəkil və qrafiklərə diqqət yetirməsini, mövzulararası və fənnlərarası inteqrasiya imkanlarının önə çıxarılmasında. mühüm rol oynayır.

Daha çox xəbərlər