Ceyhun Bayramov Qazaxıstana gedəcək
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfər edəcək.
ARANTV.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə danışıqların aparılması planlaşdırılır.