Cəmiyyət 

Bərdədə bəzi iaşə obyektlərindən qaz balonları yığışdırılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində ölkə ərazisində monitorinqlər keçirir.

ARANTV.AZ  xəbər verir ki, bu çərçivədə FHN Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayonunda tədbir həyata keçirib, bəzi iaşə obyektlərində istifadə edilən qaz balonları aktlaşdırılıaraq çıxarılıb.

FHN Qarabağ Regional Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən Əhəd İsmayılovun sözlərinə görə, monitorinq zamanı qurumun inzibati ərazisi olan Bərdə şəhərindəki bəzi iaşə obyektlərində qaz balonlarından istifadə hallarının pozulmasına dair faktlar aşkarlanıb:

“Monitorinqlər zamanı ictimai iaşə obyektlərində yanğın təhlükəsizliyi tələblərini pozan, texniki istismar qaydalarına cavab verməyən sıxlaşdırılımış qaz balonlarının istifadə halları aşkar edilib.

Obyekt rəhbərləri ilə maarifləndirici söhbətlər aparılıb və həmin qaz balonları yığışdırılıb. Həmçinin obyekt sahibləri ilə yanğın təhlükəsizliyinə dair təlimatlı söhbətlər aparılaraq onlara müvafiq xəbərdarlıqlar edilib”.

Daha çox xəbərlər