Cəmiyyət 

İftarda qətiyyən BU SƏHVİ etməyin – Yeməkdən 2 saat sonra…

Şirniyyatı iftardan ən azı 2 saat sonra qəbul edin

Türkiyəli diyetoloq Seda Nasuhbeyoğlu iftar zamanı və ya dərhal sonra şirniyyat istehlakının həzm problemlərinə və qan şəkərinin pozulmasına səbəb ola biləcəyini bildirib. O, şirniyyatın iftardan ən azı 2 saat sonra qəbul edilməsinin daha doğru olduğunu vurğulayıb.

ARANTV.AZ  xəbər verir ki, Ramazanda uzun saatlar aclıq səbəbindən qan şəkərinin düşməsi ilə şirniyyat istəyinin artmasının normal olduğunu qeyd edən Nasuhbeyoğlu şəkər xəstəliyi olmayan şəxslərin həftədə 2 porsiyanı keçməmək şərtilə südlü şirniyyatlara üstünlük verə biləcəyini bildirib.

“Ramazan ayında şirniyyat istehlak etmək istəyənlər pəhriz proqramlarından 1 stəkan süd, 1 dilim çörək və 1 orta boy meyvəni çıxararaq həftədə bir dəfə, 1 porsiya südlü şirniyyat, 1 porsiya meyvə şirniyyatı və ya 1 porsiya güllaç istehlak edə bilərlər” – diyetoloq deyib.

Nasuhbeyoğlu şirniyyat istehlakında ən vacib məqamın hazır alınanlardan çox, evdə hazırlanan, tərkibi məlum olan südlü şirniyyatlara üstünlük verilməsinin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, iftarda çox şərbətli və yağda qızardılmış xəmir şirniyyatlarından uzaq durulmalıdır. Diyetoloqun sözlərinə görə, iftar zamanı və ya dərhal sonra şirniyyat istehlakı həzm problemlərinə və qan şəkərinin pozulmasına səbəb ola bilər, bu səbəbdən şirniyyatın iftardan ən azı 2 saat sonra qəbul edilməsi daha doğru olacaq.

Daha çox xəbərlər