Paytaxtda zəlzələ OLDU? – Rəsmi AÇIQLAMA
83 saylı məktəbin direktoru Almaz Həsrət öz feysbuk hesabında “zəlzələ oldu, məktəbdəyik, hiss olundu” deyə paylaşım edib.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bildirirb ki, zəlzələ olmayıb.
“Bakıda zəlzələ olsa ayrı-ayrı məktəblərdə olur?! Ayrı-ayrı yerlərdə, kabinetlərdə zəlzələ olur?! Zəlzələ olsa, bütün Bakı silkələnər, hamı küçələrə qaçar”,- deyə o bildirib.
Onu da qeyd edək ki, həmin direktor daha sonra hadisə ilə bağlı aşağıdakı sözləri yazıb: