Dünya 

Hava limanında eniş zamanı yük təyyarəsinin şassisi yandı

Rusiyanın Mineralnıye Vodı hava limanında eniş zamanı An-124 yük təyyarəsinin şassisi yanıb.

Bu haqda “112” “Telegram” kanalında hadisənin videogörüntüləri yayılıb.

Kanalda həmçinin qeyd olunub ki, hadisə zamanı baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təyyarənin 8 nəfərlik heyəti xəsarət almayıb. Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır./APA

Daha çox xəbərlər