Cəmiyyət 

13 yaşlı qızla cinsi əlaqədə olan şəxsi hansı cəza gözləyir?

Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Turan Abdullazadə bildirib ki, cinayət təqibi davam edir. Sadəcə olaraq şəxs barəsində həbs qətimkan əvəzinə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilərək şəxs istintaq dövründə azadlığa buraxılıb. Şəxsin təqsiri sübuta yetirilsə, ona cəza veriləcək:

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkət etməkə bağlıdır. Həmin məcəlləyə əsasən bu əməllər 12 yaşına çatmış, lakin 14 yaşına çatmayan şəxslər barəsində törədildikdə 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda cinayət məcəlləsinin 176-1-ci maddəsinə əsasən qadını nikaha daxil olmağa məcburetmə 2 min manatdan 3 min manatadək cərimə və ya 2 il müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin bu əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək cərimə və 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qaldı ki, bu məsələyə şəxs barəsində cinayət təqibi hələ də davam etdirilir. Şəxsin barədəsində həbs qətimkan tədbiri polis nəzarəti ilə əvəz olunub. Amma bu o demək deyil ki, cinayət işinə xitam verilib. Cinayət təqibi davam edir. Sadəcə olaraq şəxs barəsində həbs qətimkan əvəzinə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilərək şəxs istintaq dövründə azadlığa buraxılıb. Şəxsin təqsiri sübuta yetirilsə, ona cəza veriləcək”.

Daha çox xəbərlər