Bir məzarda iki nəfər dəfn oluna bilərmi?
Son vaxtlar yeni vəfat etmiş şəxsin əvvəl vəfat etmiş şəxslə birlikdə eyni məzarda dəfn olunduğunu görürük.Bəs bu dinimizə uyğundurmu?
İlahiyyatçı Yaşar Qurbanov BiG.AZ-a bildirib ki, yeni vəfat edən şəxsin daha əvvəl vəfat edən şəxslə bir yerdə dəfn oluna bilməz:
“Bu, caiz deyil. Hər bir insan ayrıca qəbirdə dəfn olunmalıdır. Qəti şəkildə əvvəlki ölülərlə bir yerdə dəfn etmək olmaz, yalnız zəruri hallarda – məsələn, torpaq yoxdur, təhlükə var və ya çoxlu sayda ölülər var – bu zaman iki və ya üç nəfərin birlikdə dəfn olunmasında bir problem yoxdur. Peyğəmbərimiz (s.ə.s) Uhud döyüşündə belə etmişdir.
Əgər zərurət yoxdursa, o zaman hər bir insan ayrı qəbirdə dəfn olunmalıdır – ayrıca qazılıb, ayrıca basdırılmalıdır. Bu, Peyğəmbər (s.ə.s) dövründən bəri müsəlmanların tutduğu sünnədir”.

