Bərdədə qadın 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinir
Bərdə rayonunda 1992-ci il təvəllüdlü Ceyhun Mübariz oğlu Zeynalov bıçaqlanıb.
Hadisəyə onun “Tiktok” sosial şəbəkəsində qadınla mübahisəsi səbəb olub.
C.Zeynalov mübahisədən sonra görüşdüyü qadın tərəfindən bıçaq xəsarəti alıb. Ona xəsarət yetirməkdə 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova şübhəli bilinir. T.Hüseynova şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
“Report”

