Cəmiyyət 

DİN həmin görüntünü araşdırır – FOTO

Sumqayıtda azyaşlı qızın döyülərək videoya çəkilməsi, görüntülərin sosial şəbəkədə paylaşılması barədə araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisənin Sumqayıt ərazisində baş verdiyi. Döyülən azyaşlının və şiddət göstərən qızın şəhər sakini olduğu iddia edilir.

Daha çox xəbərlər