Cəmiyyət 

Sabahkı hava narahatlıq yarada bilər

Abşeron yarımadasında aprelin 15-də küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

Yağıntı aprel ayının 17-dək davam edəcək.

Daha çox xəbərlər