Gündəm 

Türkiyə indi də bu hadisədən danışır

Türkiyənin Radio və Televiziya Qurumu (RTÜK) ATV-də yayımlanan “Esra Erol’da” proqramı ilə bağlı araşdırmalara başlayıb.

Buna səbəb verilişə qatılan bəylə qayınana arasındakı münasibət olub.

Belə ki, 21 yaşlı Cuma Doğan fiziki məhdudiyyətli Dilek Şahinlə nişanlandıqdan sonra tez-tez onlara gedib, qayınanası Güldane Şahinlə aralarında yaxınlıq yaranıb. Qısa müddət sonra gənc qızın anası onun nişanlısına qoşularaq evdən qaçıb.

Güldane ilə Cuma arasında əxlaqsız davranışların şahidi olan Dilek verilişdə anası və nişanlısı tərəfindən şiddətə məruz qaldığını da bildirib.

Proqramda Güldanənin Cumadan 3 aylıq hamilə olduğu da öyrənilib.

Qeyd edək ki, Esra Erolun proqramına qatılan bəyin rahat şəkildə davranması diqqət çəkib. Onlar etdiklərindən utanmadıqlarını bildiriblər. Bu da Türkiyə gündəmində geniş müzakirələrə yol açıb. Onlar veriliş zamanı polis tərəfindən saxlanılıb.

C. Doğan və qayınanası G. Şahin haqqında “qəsdən yaralama və hədələmə” cinayətləri ilə bağlı məhkəmə prosesi başlayıb./Qafqazinfo.az/


Daha çox xəbərlər