Siyasət 

Ceyhun Bayramov sloveniyalı həmkarını mina təhlükəsi barədə məlumatlandırıb-BRİFİNQ

Bugünkü görüşdə sülh sazişi barədə, prosesin yekunlaşdırılması üçün legitim gözləntilərimizi müzakirə etmək imkanımız oldu. O cümlədən delimitasiya barədə müzakirə apardıq.

ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər və Avropa məsələləri naziri Tanya Fayo ilə birgə mətbuat konfransında bildirib.

XİN başçısı kommunikasiyaların açılması barədə fikir mübadiləsi aparıldı:
“Keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı barədə müzakirəmiz oldu. Mina təhlükəsi barədə də iki ölkə arasında əməkdaşlıq barədə fikir mübadiləsi apardıq. Münasibətlərin inkişafı istiqamətində bu səfərin əhəmiyyətli olacağını düşünürəm”,- deyə nazir qeyd edib.

Daha çox xəbərlər