Siyasət 

Övladlığa götürmə ilə bağlı yenilik

“Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya ediləcək.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu apararkən Məhkəmə-Hüquq Şurası üzrə “Elektron məhkəmə” informasiya sistemindən də istifadə edəcək.

Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi üzrə səlahiyyətli qurum dəyişib, Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şurası ilə əvəzlənib.

Daha çox xəbərlər