Bulvarda dənizdən meyit tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən bir nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-in Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.